ADMİU-nun dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunmuş tədbir keçirilib

Oktyabrın 11-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Füzuli dünyasında” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan ADMİU-nun rektoru professor Ceyran Mahmudova Məhəmməd Füzuli yaradıcılığı haqqında danışaraq onun əsrlərdən bəridir təkcə Azərbaycan ədəbiyyatına deyil, eləcə də Yaxın və Orta Şərq ədəbiyyatına və incəsənətinə təsirini vurğulayıb.

AMEA-nın professoru, füzulişünas alim Lalə Əlizadə M.Füzuli yaradıcılığı haqqında geniş məruzə ilə çıxış edib.

Daha sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə ADMİU-nun magistr tələbəsi Əzizəxanım Kazımova və məzun Ağəli Kərimov Füzuli poeziyasından nümunələr səsləndirib, Xalq artistləri Teyyub Aslanov və Səkinə İsmayılova dahi şairin sözlərinə yazılmış ifalar təqdim ediblər.

Tədbir ADMİU-nun tələbə xor kollektivinin (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova, solist Mədinə Səlimova) ifası ilə yekunlaşıb.