Beynəlxalq Muğam Mərkəzində ADMİU-nun pedaqoqları Vamiq Məmmədəliyev və SamirəƏliyevaya həsr olunmuş tədbir keçirilib

Oktyabrın 15-də Beynəlxalq Muğam MərkəzindəAzərbaycan Dövlət Mədəniyyət və İncəsənətUniversitetinin (ADMİU) Musiqi sənəti fakültəsinintəşkilatçılığı ilə bədii gecə keçirilib.

ADMİU-nun rəhbərliyi, professor-müəllimkollektivi, tanınmış sənət nümayəndələri, musiqisevərlər və mətbuat nümayəndələrin iştiraketdiyi tədbir Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənətikafedrasının müdiri, Əməkdar Mədəniyyət işçisi, dosent Samirə Əliyevanın beynəlxalq uğuruna həsrolunub.

Bu haqda ADMİU-nun rektoru, professor Ceyran Mahmudova danışıb. O öz çıxışında qeyd edib ki, cari ilin 27 iyul tarixində Mədəniyyət XadimlərininBeynəlxalq Məsləhət Şurasının 4-cü iclası keçirilib. Onlayn şəkildə baş tutan görüşə əsas məsələlərinmüzakirəsi və nominasiyaların təsdiqi üçün dünyanıntanınmış mədəniyyət ekspertləri qatılıblar.

Şuranın qərarı ilə Yeni Arirang Ustadlarının (Arirang Masters) fəxri siyahısı təsdiq olunub. 14 ölkədən 20 namizədin təsdiq olunduğu siyahıda ölkəmiziAzərbaycan Dövlət Mədəniyyət və İncəsənətUniversitetinin (ADMİU) professoru, Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyev və ADMİU-nun Aşıq sənəti kafedrasının müdiri, ƏməkdarMədəniyyət işçisi, dosent Samirə Əliyeva təmsiledirlər. Onlar mədəni irsinin qorunması və təbliğindəmüstəsna töhfələrinə görə bu fəxri nominasiyayalayiq görülüblər.

Sənətkarları yeni uğurları münasibəti ilə təbrik edənxanım rektor onların Azərbaycan musiqi sənətinəverdikləri saysız-hesabsız töhfələrdən danışıb, gələcək fəaliyyətlərində daha böyük nəaliyyətlərarzulayıb. 

Mədəniyyət nazirinin müşaviri, Əməkdar incəsənətxadimi Cahangir Səlimxanov çıxış edərək Xalqartisti Vamiq Məmmədəliyevi və ƏməkdarMədəniyyət işçisi Samirə Əliyevanı təbrik edib, Azərbaycan mədəniyyətinin bu cür mötəbərbeynəlxalq platformada təmsil edilməsinin önəminivurğulayıb. 

Daha sonra C.Səlimxanov və C.Mahmudovasəbəbkarlara beynəlxalq sertifikatlarını təqdimediblər. 

Xalq artisti, ustad tarzən Vamiq Məmmədəliyevsevincini tədbir iştirakçıları ilə bölüşüb, göstəriləndiqqətə görə Mədəniyyət Nazirliyinə, ADMİU-nun rəhbərliyinə öz təşəkkürünü bildirib. 

ADMİU-nun Musiqi tarixi və nəzəriyyəsikafedrasının müdiri professor Kamilə Dadaş-zadəçıxış edərək hər iki sənətkarın yaradıcılıqözəlliklərindən danışıb, onların bu cür beynəlxalquğurlarını Azərbaycan musiqi sənətinin uğuruadlandırıb.

Daha sonra tədbir ADMİU-nun Musiqi sənətifakültəsinin müəllim və tələbələrinin ifasında bədiihissə ilə davam edib.