Təhsildə Keyfiyyət Təminatı Agentliyi esse müsabiqəsi elan edir

Məlumat vermək istəyirik ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi təhsilalanların akkreditasiya prosesində iştirakını məzmun baxımından gücləndirmək və ali təhsil müəssisələrində təhsil alan tələbələrin keyfiyyət təminatı ilə əlaqədar rəyini əldə etmək üçün esse müsabiqəsi elan edir.

Müsabiqə nəticəsində seçilən tələbələr ATM-lərdə keyfiyyət təminatı elçisi statusunda çıxış edərək TKTA-dan zəruri təlim dəstəyi əldə edəcək və ATM-lərin institusional və proqram akkreditasiyasına cəlb edilərək həm öz təcrübələrini artıracaq, həm də ATM-lərdə keyfiyyət mədəniyyətinin daha üst səviyyəyə qaldırılmasına töhfə verəcəkdir. Bununla bağlı olaraq aşağıda yer alan keçidin təmsil etdiyiniz ATM-in təhsilalanları ilə bölüşülməsini Sizdən xahiş edirik.

https://forms.gle/8EYneY8KqBDPqLxaA

Suallarınız yarandığı təqdirdə email vasitəsilə və ya (+994 12) 599-11-55 (daxili: 6626) nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.