ADMİU-da “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib
Oktyabrın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Sosial-siyasi elmlər kafedrasının təşkilatçılığı ilə “BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29” mövzusuna həsr olunmuş “Davamlı inkişafda yaşıl dünyanın rolu” adlı Dəyirmi masa keçirilib.
İclası giriş sözü ilə kafedranın müdiri, professor Xaləddin Sofiyev açaraq COP29 konfransının dünyəvi əhəmiyyətindən danışıb, ölkəmizin beynəlxalq konfransa yüksək hazırlığını vurğulayıb.
Daha sonra söz çıxışçılara verilib.
Dosent Kəmalə İsmayılova “Dünyanın ekoloji problemləri”, Eldar Qarayev “Müasir potensial ekoloji təhlükə mənbələri”, Sosiologiya ixtisasının IV kurs tələbələri Rayana Mahmudlu “Xəzər dənizinin ekoloji problemləri”, Cavid Əliyev “Abşeron yarımadasının ekoloji problemləri” mövzularında məruzələrlə çıxış ediblər.
Dəyirmi masa mövzu ilə bağlı diskussiya və müzakirələrlə davam edib.