ADMİU-da Qadın hüquqları və gənc qızların maarifləndirilməsi üzrə tədbir keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Tələbə Gənclər Təşkilatı tərəfindən Qadın hüquqları və gənc qızların maarifləndirilməsi üzrə tədbir keçirilib.

Tədbirdə universitet rəhbərliyi, tələbələr və qonaqlar iştirak ediblər.

Görüşdə çıxış edən ADMİU-nun prorektoru dosent Sədaqət Əliyeva cəmiyyətimizdə qadına verilən dəyərdən, qadın hüquqlarının beynəlxalq səviyyədə qorunmasının əhəmiyyətindən bəhs edib.

Qeyd edilib ki, Azərbaycanda hər zaman qadın hüquqlarının qorunması dövlətimizin prioritet məsələlərindən biri olub. Hətta Şərqdə qadına seçki hüququnu verən ilk ölkənin də Azərbaycan Xalq Cümhuriyyəti olması bunun bariz nümunələrindəndir.

Sonda çıxışçılar tələbələrin mövzu ilə bağlı suallarını cavablandırıblar. Tədbir diskussiya ilə yekunlaşıb.