Görkəmli rejissor Vaqif İbrahimoğlu ADMİU-da anılıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatr sənəti fakültəsinin Dram teatrı və kino aktyoru kafedrasının təşkilatçılığı ilə “Vaqif İbrahimoğlu- 75” adlı tədbir keçirilib.

Azərbaycanın görkəmli rejissoru, əməkdar incəsənət xadimi, “Yuğ” Dövlət Teatrının yaradıcısı və mərhum baş rejissoru Vaqif İbrahimoğlunun 75 illik yubileyinə həsr olunmuş tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirin aparıcısı Əməkdar artist, dosent Yaqut Paşayeva Vaqif İbrahimoğlu yaradıcılığından və onun Azərbaycan teatr sənətinə bəxş etdiyi “Yuğ” teatrından danışıb.

Çıxışçılardan professor, Əməkdar İncəsənət Xadimi Məryəm Əlizadə, Xalq artisti Mehriban Zəki, Xalq artisti, professor Bəsti Cəfərova, Əməkdar artist, dosent Sona Mikayılova, Qabaqcıl təhsil işçisi, dosent Fikrət Məlikov, Əməkdar artist, professor Gülşad Baxşıyeva çıxış edərək Vaqif İbrahimoğlu ilə bağlı xatirələrini bölüşüb, onun zəngin yaradıcılıq yolundan, peşəkar rejissor və aktyor fəaliyyətindən bəhs ediblər.

Tədbirdə Vaqif İbrahimoğlunun həyat və yaradıcılığına həsr olunmuş video-çarx nümayiş olunub.