Serbiyanın Kragujevac Universiteti ADMİU-nun akademik heyəti üçün müsabiqə elan edir

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Erasmus+ KA171 mübadilə proqramı çərçivəsində əməkdaşlıq etdiyi Serbiyanın Kragujevac Universiteti akademik heyət üçün müsabiqə elan edir. Müsabiqədə ADMİU-nun akademik heyəti iştirak edə bilər. Qeydiyyat üçün tələb edilən sənədlər aşağıdakılardır:
Pasport və ya şəxsiyyət vəsiqəsinin kopyası;
Europass formatında CV (ingilis dilində);
Motivasiya məktubu (ingilis dilində);
Tövsiyə məktubu (ingilis dilində);
Beynəlxalq dil sertifikatı.
Qeyd: Dil sertifikatı olanlara üstünlük veriləcək.
Sənədləri 25.11.2024-cü il tarixinə kimi namig.karimov@admiu.edu.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Serbiyanın Kragujevac Universiteti haqqında ətraflı məlumatı https://en.kg.ac.rs/ Universitetin rəsmi səhifəsindən əldə edə bilərsiniz.
Əlavə sual yarandığı halda ADMİU-nun Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinə müraciət edə bilərsiniz.