ADMİU-nun üç ixtisası beynəlxalq akkreditasiyadan keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Aktyor sənəti, Operator sənəti və Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura təhsil səviyyələri 5 il müddətinə beynəlxalq akkreditasiyadan keçib. Akkreditasiya prosesi Akkreditasiya və Reytinq üzrə Müstəqil Agentlik (IAAR – Independent Agency For Accreditation and Rating) tərəfindən aparılıb.

ADMİU-nun Operator sənəti, Aktyor sənəti, Teatrşünaslıq ixtisasları üzrə bakalavriat və magistratura təhsil səviyyələrinin beynəlxalq proqram akkreditasiyası Müstəqil akkreditasiya və reytinq agentliyi olan IAAR-la bağlanan müqaviləyə əsasən, 27-29 iyun 2024-cü il tarixlərində aparılıb. Akkreditasiya xarici ekspertlər tərəfindən onlayn və oflayn formatda keçirilib.

IAAR-n Akkreditasiya Şurasının 8 noyabr 2024 -cü il tarixli iclasında (protokol № 89) sözügedən qərar qəbul edilib və müvafiq sertifikatlar verilib.

Qeyd edək ki, ADMİU respublikada xüsusi qabiliyyət tələb edən ali məktəblər içərisində beynəlxalq akkreditasiyadan keçən yeganə ali məktəbdir.