ADMİU-nun Kulturologiya fakültəsinin Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasına 2024/2025-ci tədris ili üzrə əvəzçiliklə 0,5 stat vahidinə müvafiq sahədə təhsili və pedaqoji təcrübəsi olan müəllimlərin işə qəbulu elan olunur

Fənlərin siyahısı:

  • Turizmin iqtisadiyyatı;
  • Sosial-mədəni turizmin menecmenti;
  • Konqres, tədbirlər və konfransların təşkili;
  • Turizm marşurutları və ekskursiya işinin təşkili;
  • İcma turizmi;
  • Mikroiqtisadiyyat;
  • Bələdçiliyin əsasları;
  • Etnomədəni ekskursiyaların təşkili;
  • Turizmin, turizm sənayesinin tarixi və metodologiyası;
  • Servisologiya;
  • Turizmə giriş;
  • Biznes statistikası;
  • Sosial statistika;
  • Riyaziyyat və statistika;
  • Sosial işdə riyazi metodlar;
  • Dayanıqlı turizm;
  • Ekskursiya-sərgi fəaliyyətinin təşkili və texnologiyası;
  • Macəra və idman turizmi;
  • Tədqiqat işinin aparılması;
  • Data analizi və proqramlaşdırma;
  • Kitab və kitabxana tarixi.

Tələblər: 

  • Tədris olunan fənlərə uyğun baza təhsili;
  • Ən azı 3 il elmi-pedaqoji təcrübə;
  • Ms Office proqramları üzrə biliklər;
  • İnnovativ tədris metodlarından istifadə;
  • Müasir pedaqoji yanaşmalara malik, dinamik, pozitiv və ünsiyyət qabiliyyəti.

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 10.09.2024-cü il saat 18:00

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)