ADMİU-nun Audiovizual sənətlər fakültəsinə tyutor vəzifəsinə vakansiya elan edilir

Tələblər:

  • Müvafiq ixtisas üzrə ali təhsil (magistr dərəcəsi);
  • Təhsil sahəsi üzrə iş təcrübəsi (Tyutor təlim sertifikatı arzuolunandır);
  • Təhsil haqqında AR Prezidentinin, Nazirlər Kabinetinin, Elm və Təhsil Nazirliyinin, mərkəzi icra hakimiyyəti orqanlarının aidiyyəti qərar, sərəncam və əmrlərini bilmək;
  • Dil bilikləri: rus, ingilis və s. dillərdə ünsiyyət qurmaq, oxumaq və yazmaq bacarığı üstünlük olaraq qəbul ediləcək;
  • Ms Office proqramları üzrə biliklər;
  • Ali məktəb pedaqogikasını və psixologiyasını, tələbələrlə davranış qaydalarını, onlarla işin psixoloji xüsusiyyətlərini bilmək. 

Tələblərə uyğun namizədlər öz CV-lərini info@admiu.edu.az elektron ünvanına göndərə və ya ADMİU-nun İnsan resursları şöbəsinə sənədlərini şəxsən təqdim edə  bilərlər.

Müraciət üçün son tarix: 29.11.2024-cü il saat 18:00

Ünvan: Azərbaycan Dövlət Mədəniyyət və Incəsənət Universiteti (Bakı, İnşaatçılar pr. 39)