ADMİU-nun müəllimi və bir qrup tələbə Beynəlxalq Gənclər Forumunda iştirak edib

ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Məhbarə Abbasova və bir qrup tələbəsi 20-24 noyabr 2024-cü il tarixlərində Qırğızıstanın İssık Kulun sahilində Çolpon-Ata şəhərində MDB ölkələrində Könüllülər Hərəkatı ilinə (2024) həsr olunmuş intellektualların Beynəlxalq Gənclər Forumunda iştirak ediblər. 

Forumda ADMİU tələbələri tərəfindən Azərbaycan mədəniyyəti və ölkəmizdə gənclər siyasəti, könüllülük fəaliyyəti haqqında təqdimatlar edilib. Həmçinin, forumun açılışında iştirak edən ADMİU məzunu Lamiyə Şirinovanın “Bir inci” geyim kolleksiyası da təqdim edilib. Geyimlər üzərində keçmiş və müasir tarixi abidələr və Xəzər dənizi əks edilib. Sonda kolleksiyaya daxil olan bir geyim Forumun yeni yaranan muzeyinə hədiyyə edilib. 

Forum MDB-yə üzv Dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (BMHK) dəstəyi ilə “Gravity Media” İctimai Fondu (Qırğızıstan Respublikası) tərəfindən təşkil olunub

MDB ölkələrinin Gənc Ziyalılarının Beynəlxalq Forumu (İssık-Göl Forumu) 2009-cu ildən keçirilir. Forumun mövzuları MDB məkanında humanitar əməkdaşlığın ən aktual aspektlərini əks etdirir: ekomədəniyyət və turizm, tarixi yaddaş, təhsil, ümumi informasiya məkanının yaradılması, ailə dəyərləri, kitab mədəniyyəti.