İqtisadçı-alim Tanrıverdi Paşa ADMİU-nun tələbələri ilə görüşüb

AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşı, iqtisadçı-alim Tanrıverdi Paşanın Kulturologiya fakültəsinin Muzey, arxiv işi və abidələrin qorunması ixtisası üzrə təhsil alan tələbələrlə görüşü keçirilib. Mədəni irs fənni çərçivəsində təşkil olunmuş görüşdə alimin yazdığı “Maddi mədəni irsin sosial-iqtisadi təsirləri” adlı monoqrafiya ətrafında maraqlı elmi söhbət gedib.

Görüş zamanı tələbələr mövzu ilə bağlı onları maraqlandıran sualları alimə ünvanlayıblar. Görüş diskussiya şəklində davam edib.