ADMİU-nun tələbələri «CINEMO» Beynəlxalq Mobil Film Festivalının qalibləri arasında…

Bu günlərdə Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Yaradıcı Mərkəz və Kino Agentliyinin dəstəyi ilə keçirilən «CINEMO» Beynəlxalq Mobil Film Festivalının qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Dünyanın 18 ölkəsindən müəlliflərin qatıldığı festivalın qalibləri arasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri də var. Belə ki, festivalın Ən yaxşı sənədli film nominasiyası üzrə ADMİU-nun Televiziya Rejissoru ixtisaslaşması üzrə IV təhsil ili tələbəsi Ayşən Mürsəlbəyova “Aynadakı mən” filmi, CINEMO TikTok nominasiyası üzrə isə Televiziya rejissoru ixtisaslaşması üzrə III təhsil ili tələbəsi Mənsurə Məmmədzadə isə “Hədiyyə” layihəsi ilə fərqləniblər.

Qeyd edək ki, layihənin məqsədi gənclərin yaradıcı fəallığının dəstəklənməsi, mobil telefon vasitəsilə film istehsalının daha geniş tanıdılması, istedadlı mobiloqrafların üzə çıxarılması, gənclər arasında yaradıcı əlaqələrin qurulmasıdır.