ADMİU-nun müəllimləri Ümumxalq Hüzn gününə həsr olunmuş tədbirdə iştirak ediblər

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Sosial -mədəni fəaliyyət kafedrasının müəllimləri Günel İbrahimova və Firəngiz Məhərrəmova da iştirak ediblər.

Ölkəmizdəki dini və milli icmaların nümayəndələrinin iştirak etdikləri tədbirdə öncə Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Ümumxalq Hüzn gününün tarixi və mahiyyəti haqqındakı çıxışlarla davam edib.