Sizi ADMİU-da MBA proqramı üzrə dərs deməyə dəvət edirik!

Mədəniyyət və incəsənət sahəsində (əlaqəli sahələrdə) biznes və idarəetmə üzrə müəyyən iş təcrübəsi olan, yüksək pedaqoji keyfiyyətlərə malik, Azərbaycan, ingilis və rus dillərində aşağıda göstərilən fənləri tədris etməyi bacaran şəxslər ADMİU-da yaz semestrində MBA proqramı üzrə saathesabı qaydada tədrisə cəlb olunmaq üçün dəvət olunurlar:

Azərbaycan, ingilis və rus bölmələri üçün:

Mədəniyyət və incəsənət sahəsində yeni trendlər

Korporativ idarəetmə

İdarəetmənin informasiya sistemləri

Yaradıcı sənayelər

Azərbaycan və ingilis bölmələri üçün:

Mədəniyyət və incəsənət sahəsində layihələrin idarə edilməsi

Araşdırma metodları

Mədəniyyət və incəsənət sahəsində marketinq, kommunikasiya

Qrant layihələrin yazılması

Mədəniyyət və incəsənət sahəsində sahibkarlıq fəaliyyəti

Qoyulan tələblər:

  • ən azı magistr dərəcəsinin olması
  • xarici dil bilikləri
  • auditoriya ilə işləmək bacarıqları
  • mədəniyyət və incəsənət sahəsində biznes və idarəetmə üzrə iş təcrübəsi

Müraciət etmək üçün aşağıdakı sənədlər təqdim olunmalıdır:

  • CV
  • fənn üzrə sillabus
  • ali təhsilin və hər hansı elmi dərəcənin olması barədə sənəd
  • şəxsiyyət vəsiqəsinin surəti
  • mövcud olan sertifikatlar

Sənədlərinizi 2024-cü ilin dekabr ayının 1-nə qədər aşağıda göstərilən mail ünvanına göndərə və ya universitetə yaxınlaşıb təqdim edə bilərsiniz.

Ünvan: AZ 1065, Bakı şəhəri, İnşaatçılar prospekti 39. elavatahsil@admiu.edu.az

Əlaqə nömrəsi: (012) 599-00-54; (+994)50 250-34-80