ADMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin iclası keçirilib

Fevralın 4-də ADMİU Məzunlar Assosiasiyasının İdarə Heyətinin iclası keçirilib.
Məzunlar Assosiasiyasının fəaliyyət planının icrası və gələcək tədbirlərlə bağlı keçirilən iclasda Assosiasiyanın sədri Abbasağa Əlizadə, İdarə Heyətinin digər üzvləri- Günel İbrahimova, Gülgün Bağırova, İmdad Kərimli, Mehriban Qasımova və Şəbnur Pənahlı müxtəlif təkliflərlə çıxış ediblər.
Assosiasiyaya üzvlük üçün qeydiyyatdan keçənlərin cari sayı barədə hesabat tərtib olunub. Daha çox məzuna tanıtmaq üçün Assosiasiyanın sosial şəbəkələrdə aktivliyinin artırılması məsələsi gündəlikdə olub.
Qonaq qismində Tədris işləri üzrə prorektor dosent Nigar Rüstəmova, Tədris şöbəsinin Ömürboyu təhsil, karyera və məzunlarla iş bölməsinin rəhbəri dosent Gülnarə Məmmədova və bölmənin əməkdaşları iştirak ediblər.