ADMİU “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənninin tədrisi sahəsini genişləndirir

“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” akademik və innovativ kursu uğurla həyata keçirildiyi üçün digər ixtisaslarda da tədris edilməsi istiqamətində işlərə başlanılıb.
Universitetin Təsviri incəsənət müəllimliyi ixtisası üzrə II təhsil ilinin tələbələri “İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” fənni çərçivəsində inklüzivlik, inklüziv təhsil, sosial yanaşma, səmərəli ünsiyyət bacarıqları, əlilliyi olan şəxslərə təsviri sənətin öyrədilməsi və s. mövzuları mənimsədikdən sonra universitetin əməkdaşlıq etdiyi müəssisələrdə əlilliyi olan uşaqlarla birbaşa işləmək imkanı əldə etdilər.
Universitet bu fənnin tədrisi istiqamətini genişləndirərək Aktyor sənəti ixtisası üzrə təhsil alan tələbələrə tədris edilməsində maraqlıdır. Bu məqsədlə ilkin olaraq qeyd olunan ixtisas üzrə təhsil alan tələbələrə kursun təqdimatı olunub.
Qeyd edək ki, kursun əsas məqsədi əlilliyi olan uşaqlara incəsənətin müxtəlif sahələrini (təsviri sənət, musiqi, teatr və s.) tədris edəcək mütəxəssislərin hazırlanmasıdır.