ADMİU-nun kollektivi və tələbələri “Ana harayı” abidəsini ziyarət edib

Fevralın 26-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kollektivi və tələbələri Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Soyqırımı abidəsinin önünə əklil qoyulub, gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.

Həmçinin, universitetdə ADMİU-nun Kitabxana-informasiya mərkəzi tərəfindən Xocalı soyqırımına həsr olunmuş kitab sərgisi açılıb. Sərgidə “Əsrin faciəsi”nə həsr olunmuş kitablar, jurnallar, dövri nəşrlər oxuculara təqdim olunub.