“Qadın nuru” adlı sərgi keçiriləcək

İlahi nurdur, tükənməz işıqdır Qadın… Yanar, nur saçar və sevgisinin yolunda damla-damla əriyər, öz ömrünü əridər. Öz işığı ilə toxunduğu bütün həyatları gül-çiçəyə qərq edər, bahar təravəti ilə ətirləndirər, Günəş hərarəti ilə isidər.
Nə xoş ki, ona həsr olunan gün də baharın ilıq nəfəsinin duyulduğu, Günəşin bütün istiliyi ilə bəşəriyyəti qucmağa hazırlaşdığı bir dövrə- yazın ilk ayına təsadüf edir.
Bəşəriyyətin yarısıdır Qadın. Digər yarısının isə baş tacıdır…
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri hər zaman Qadın ucalığını, müqəddəsliyini öz əsərlərində əks etdiriblər və hər il ənənəvi olaraq 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində bu əsərləri təqdim etməkdən böyük qürur və sevinc duyurlar.
Martın 7-si saat 14:00-da Rəssamlıq fakültəsinin əsərlərindən ibarət “Qadın nuru” adlı rəsm sərgisi keçiriləcək.
İlahi nurun kətan üzərindəki işığı ilə aydınlanmaq istəyən hər kəs sərgimizə dəvətlidir!