Özbək rektor ADMİU-da qonaq olub

Özbəkistanın Turan Beynəlxalq Universitetinin təsisçisi və rektoru Ahadxon Najmitdinov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) qonaq olub və rektor Ceyran Mahmudova ilə görüşüb.
Görüşdə iki universitet arasında əməkdaşlıq, xüsusən müəllim-tələbə mübadiləsi müzakirə edilib.
Qeyd edilib ki, Turan Beynəlxalq Universiteti 2022-ci ildə Özbəkistan Respublikasının Namanqan şəhərində yaradılıb.
Universitet özbək, rus və ingilis dillərində əyani, qiyabi və axşam şöbələrində yüksək ixtisaslı bakalavr və magistrlər hazırlayır. Akademik fəaliyyət Cənubi Koreya, ABŞ, Böyük Britaniya, Avstriya, Hindistan, Çin, Rusiya və Qazaxıstan kimi xarici ölkələrin nüfuzlu universitetlərinin məzunları olan beynəlxalq və yerli professorlar tərəfindən həyata keçirilir.