ADMİU-DA “ÖZÜNÜDƏRKETMƏ” MÖVZUSUNDA TƏLİM KEÇİRİLİB

Martın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin psixoloqu Aynur Rəhimovanın “Özünüdərketmə” mövzusunda təlimi baş tutub.
Rəssamlıq fakültəsinin I kurs tələbələrinin iştirakı ilə keçirilən təlimdə mütəxəssis “Bizi biz edən məqamlar nələrdir?”, “Özünüdərketmə nədir?”, “Necə özümüzü daha yaxşı tanıya bilərik?” və sair kimi suallar ətrafında müzakirələr aparılıb.
Psixoloq A.Rəhimova tələbələrin suallarını cavablandırıb.
Təlim diskussiya şəklində davam edib.