“İnsan nə istəyir” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) psixoloqu Aynur Rəhimova tərəfindən “İnsan nə istəyir?” mövzusunda seminar keçirilib. Seminarda universitetin tələbələri iştirak ediblər.
Psixoloq qeyd edib ki, bir çox yanaşmaya əsasən, insan mahiyyətcə günahkardır yaxud günah və ya cinayətə meyillidir. Misal üçün psixoanalitiklər insanın təməl və şüursuz təbiəti “sərbəst buraxılarsa” onun insest, cinayət və digər cəmiyyət tərəfindən qəbul edilməyən davranışlara yönələcəyinə dair iddialar irəli sürmüşdülər.
Humanizm yanaşmasına görə isə, əslində insanın daxilində vəhşi bir heyvan yatmır. İnsanın daxilində sadəcə insan var və bizim diqqətimizdən yayınan da odur.
Belədirsə, daxilimizdəki insan nə istəyir?
Mövzu ətrafında fikir mübadiləsi aparılıb, tələbələrin sualları cavablandırılıb.