ADMİU-nun tələbələrinə “Autizmi Tanıyaq” adlı seminar keçirilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin Sosial-mədəni fəaliyyət kafedrasının təşəbbüsü ilə Birgə və Sağlam İB Davamlı İnkişaf şöbəsinin koordinatoru, klinik psixoloq Milana Həsənovanın təqdimatında Sosial iş ixtisasının 3-cü kurs tələbələrinə “Autizmi Tanıyaq” adlı seminar keçirilib.
Tədbirdə Sosial-mədəni fəaliyyət kafedrasının müdiri, dosent Sevinc Əskərova və kafedranın müəllimi Günel İbrahimova iştirak edib.
Seminar çərçivəsində, autizm spektr pozuntusu (ASP) diaqnozun yaranma səbəbləri, təlim dəstəyi, əlillik statusunun verilməsi haqqında geniş məlumat verilib, bu sahədəki müasir yanaşmalar və metodlar haqqında fikir mübadiləsi aparılıb.
Seminarın sonunda tələbələrə autizm barədə suallar ünvanlanmış və klinik psixoloq Milana Həsənova tərəfindən suallar cavablandırılıb. Tədbir iştirakçılara, həmçinin autizmin tanınması və bu sahədə daha ətraflı məlumat əldə edilməsi ilə bağlı əhəmiyyətli biliklər qazandırıb.
Seminarın keçirilməsi, Sosial iş tələbələrinin bu sahədə məlumatlılıqlarını artırmaq və gələcəkdə autizm spektr pozuntusu olan şəxslərlə effektiv iş aparmalarına dəstək vermək məqsədi daşıyırdı.