ADMİU-da Beynəlxalq sosial iş günü ilə bağlı təlim keçirilib

Martın 14-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Beynəlxalq sosial iş günü ilə bağlı təlim keçirilib. Təlim mütəxəssisi Sosial-mədəni fəaliyyət kafedrasının müəllimi Ülkər Rzayeva tələbələrə maarifləndirici təlimdə sosial işin cəmiyyət üçün əhəmiyyəti və sosial işin mahiyyəti, prinsipləri və praktiki tətbiqləri barədə bilik və bacarıqları artırmaq barəsində, həmçinin sosial xidmətlər, icma inkişafı, sosial müdafiə və digər aktual mövzular haqqında məruzə edib.
Təlimdə ADMİU-nun tələbələri ilə yanaşı, ADMİU nəzdində Humanitar Kollecin və Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinin sosial iş ixtisasının tələbləri də iştirak ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.