SABAH tələbələrinə Təşəkkürnamələr təqdim edilib

ADMİU SABAH qruplarında 2024/2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyası üzrə yüksək göstəricilər əldə edən üç tələbə təşəkkürnamə ilə təltif edilib. Bu mükafat tələbələrin əzmkarlığı və akademik uğurlarına verilən dəyərin göstəricisidir.
SABAH qruplarında təhsil alan tələbələr arasında fərqlənən və Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) üzrə ən yüksək nəticə əldə edən üç tələbə – Bayramova Xədicə, Allahquliyev Rahib və Mirzəyeva Rəhilə mükafatlandırılıb. Tədbirdə SABAH qruplarının rəhbəri, koordinatoru və tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən SABAH qruplarının rəhbəri, Əməkdar artist Nofəl Vəliyev deyib: “Bu tələbələr yalnız akademik göstəriciləri ilə deyil, həm də öz intellektual səviyyələri və sosial fəallıqları ilə nümunəvi gənclərdir. Onların uğurları bizim üçün qürurvericidir”.
SABAH qrupları gələcəkdə də tələbələrin akademik və şəxsi inkişafını dəstəkləməyə davam edəcək. Bu kimi təşəbbüslər tələbələrin motivasiyasını artırmaq və onların daha böyük uğurlar qazanmasına təkan vermək məqsədi daşıyır.