ADMİU-nun tələbəsi “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihədə çıxış edib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi (MEMİM) “Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı yeni layihəyə başlayıb.
Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunan layihənin məqsədi gənc jurnalistlərin mədəniyyət jurnalistikasına marağını artırmaq, bu istiqamətdə fəaliyyətlərini genişləndirmək və praktiki biliklər qazandırmaqdan ibarətdir.
“Mədəniyyətin pərdəarxası: jurnalistikanın sirləri” adlı layihənin ilk seminarı Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin dəstəyi ilə martin 4-də “Trend” Beynəlxalq İnformasiya Agentliyinin Mədəniyyət şöbəsinin rəhbəri, “Tərəqqi” medalı ilə təltif edilən jurnalist Vüqar İmanovun iştirakı ilə həmin muzeydə təşkil olunub.
Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin İnstrumental ifaçılıq kafedrasının IV təhsil ili tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı, “Heydər Əliyev” təqaüdçüsü Həmayə Baxışova musiqi əsərləri ilə çıxış edib. Müəllim “Tərəqqi” medalçısı, dosent Səbinə Mehdiyevadır.