“İnklüziv təhsildə incəsənət yönümlü tədris metodları” və “Musiqi terapiyası” innovativ və akademik kurslarının təqdimat görüşü keçirilib

ADMİU 2024-25-ci tədris ilində 2 yeni fənnin tədrisinə başlayıb. Yeni proqramların yaradılmasında əsas məqsədi əlilliyi və ya sağlamlıqla bağlı çətinliyi olan şəxslərə incəsənətin müxtəlif sahələrini tədris edəcək mütəxəssislərin hazırlanmasıdır.Beynəlxalq təcrübəyə əsaslanan tədris proqramları nəzəri və praktiki hissələrdən ibarətdir. Həssas qrupa aid şəxslərə xidmət göstərən nüfuzlu dövlət və özəl müəssisələrlə əməkdaşlığın qurulması tələbələrin praktik bacarıqlarını möhkəmləndirməyə imkan yaradıb.

10 aprel tarixində bu yeni istiqamətdə görülən işlərin nəticələri universitetin akademik  heyətinə təqdim olunub. Təqdimat görüşünə əməkdaşlıq etdiyimiz müəssisələrin nümayəndələri də dəvət olumuşdu. Görüş zamanı  kursu keçən tələbələr öz təəssüratlarını bölüşüblər. Qeyd olundu ki, onlarda kursa qarşı yaranan böyük maraq hissi, həssas qrupa aid edilən şəxslərə düzgün yanaşmanın formalaşması, əlilliyi olan şəxslərə incəsənətin  (musiqi və təsviri sənət) tədrisi bacarıqlarının möhkəmləndirilməsi gələcəkdə də bu istiqamətdə fəaliyyət göstərmələrinə təkan verib.

Görüş zamanı Audiovizual sənətlər fakültəsinin tələbələri tərəfindən çəkilmiş layihənin gedişatını özündə əks etdirən təqdimat filmi nümayiş etdirilib.

Hazırda Rəssamlıq və Musiqi sənəti fakültəsində yeni kurs tədris olunur, Teatr sənəti fakültəsində də bu istiqamətdə yeni proqramın təkmilləşdirilməsi istiqamətində işlər gedir.

Təqdimat videosu ilə tanış olmaq üçün linkə keçid edə bilərsiniz: https://www.youtube.com/watch?v=elCBqPdG5cg