ADMİU-nun dosenti Həmzə Abdullayevin əsəri Qazaxıstan Dövlət İncəsənət Muzeyinin ekspozisiyasına daxil edilib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin Təsviri sənət kafedrasının dosenti, Əməkdar rəssam Həmzə Abdullayev Qazaxıstan Respublikası Mədəniyyət Nazirliyinin dəvəti ilə Qazaxıstan Rəssamlar İttifaqının 90 illiyinə həsr olunmuş Beynəlxalq Bienalda iştirak edib.
Sərgidə nümayiş olunan “Abşeron Bahar” adlı əsəri 18 nəfərdən ibarət sərgi komissiyası tərəfdən rəğbətlə qarşılanıb. “Abşeronda Bahar” adlı rəngkarlıq əsəri Bienalı sertifikat və medalına layiq görülüb. Əsər Astanada yerləşən Qazaxıstan Dövlət İncəsənət Muzeyi tərəfindən alınaraq muzeyin ekspozisiyasına daxil edilib. Muzeyin direktoru tərəfindən müəllif Həmzə Abdullayevə təşəkkür məktubu göndərilib.