ADMİU-nun müəlliminin də yer aldığı “Vətən” muğam qrupu Özbəkistanda konsert proqramı ilə çıxış edib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində 120 ölkənin iştirakı ilə Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin dördüncü konfransı keçirilib.
Konfrans çərçivəsində “Vətən” muğam qrupu Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin qarşısında konsert proqramı ilə çıxış edib.
Muğam qrupunun üzvləri- Respublika və beynəlxalq müsabiqələr qalibləri, Beynəlxalq Türk Mədəniyyəti təşkilatı Türksoy Xalq Çalğı alətləri orkestrinin solistləri, Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universitetinin (ADMİU) və Azərbaycan Milli Konservatoriyasının müəllimləri- xanəndə Səfalı Mirzəliyev, tarzən Ruslan Zərbaliyev, kamança ifaçısı Pərviz Fərhadov, nağara İfaçısı Elnur Əliyevin Azərbaycan klassik musiqisini özündə əks etdirən ifaları dinləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Konsertdə Türk Mədəniyyəti İrsi Fondunun Prezidenti Aktotı Raimkulova da iştirak edib.