ADMİU-nun əməkdaşları “Vətənpərvərlik əsas meyardır” adlı tədbirdə iştirak ediblər

Aprelin 8-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) MM qərargahı rəisi Arif Hüseyn, Teatr sənəti fakültəsinin baş müəllimi Əlizaman Mirzəyev və müəllim Pərvanə Namazova FHN-nin Akademiyasında keçirilən “Vətənpərvərlik əsas meyardır” mövzulu tədbirdə iştirak ediblər.
Müəllimlər Ə.Mirzəyev və P.Namazova tədbirdə vətənpərvərlik mövzulu şeirlər səsləndiriblər.
Eyni zamanda əməkdaşlarımız Akademiyanın muzeyi ilə də yaxından tanış olublar.