ADMİU-nun müəllimləri “İncəsənət Düşərgəsi” adlı layihədə iştirak ediblər

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Qarabağda “İncəsənət Düşərgəsi” adlı layihələr keçirilib.
Layihə çərçivəsində tanınmış rəssam və heykəltaraşlar Qarabağın müxtəlif bölgələrinə səfər edərək bir-birindən maraqlı yaradıcılıq nümunələri hazırlayıblar. Layihənin yekununda rəssamların əl işlərindən ibarət sərgi baş tutub.
“İncəsənət Düşərgəsi” layihələrində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rəssamlıq fakültəsinin müəllimləri Mir Azər Abdullayev, Vüqar Əliyev, Gülnaz Mədətova və Fidan Cəfərova da iştirak ediblər. O, layihədə fəal iştiraklarına görə “Təşəkkürnamə” ilə təltif olunublar.