“Bir, İki – Bizimki!” Kamal Abdullanın iştirakı ilə səhnədə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Xalq yazıçısı Kamal Abdullanın müəllifi olduğu “Bir, İki – Bizimki!” tamaşası nümayiş olunub. SABAH qruplarının Rejissorluq ixtisası III təhsil ili tələbəsi Ülvi Məmmədlinin quruluşunda ərsəyə gələn səhnə işi postmodern estetikanı və müasir teatr dilini uğurla bir araya gətirərək tamaşaçılarda dərin təəssürat yaradıb.
Tamaşanı şəxsən izləyən Kamal Abdulla, səhnədə gördüklərindən kövrəldiyini qeyd edib. O, Universitetin rektoru, Əməkdar İncəsənət xadimi, professor Ceyran Mahmudovaya və yaradıcı heyətə təşəkkürünü bildirərək, gənc tələbələrin bu cür peşəkar yanaşmasını yüksək qiymətləndirib.