“Azərbaycan təsviri sənətində Ağqoyunlu hökmdarı Uzun Həsənin ikonoqrafiyası” adlı elmi-praktiki seminar keçirilib

Aprelin 18-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) “Azərbaycan təsviri sənətində Ağqoyunlu hökmdarı Uzun Həsənin ikonoqrafiyası” adlı elmi-praktiki seminar keçirilib. Tədbir Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının təşəbbüsü, Tələbə Elmi-Yaradıcılıq Cəmiyyətinin (TEYC) təşkilatçılığı ilə baş tutub.
Seminarda Uzun Həsənin tarixi obrazının təsviri sənətdə əksi, ikonoqrafik atributların təhlili və müasir təqdimat formaları müzakirə olunub.
Tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Sevil Kərimova “Azərbaycan təsviri sənətində Ağqoyunlu hökmdarı Uzun Həsənin ikonoqrafiyası və təkrar atribusiyası” mövsuzunda məruzə edib. ADMİU-nun müəllimi Elçin Cabarov yaratdığı Uzun Həsənin portretindən bəhs edib. Eyni zamanda tarix üzrə fəlsəfə doktoru, dosent Səbuhi Əhmədov “Uzun Həsən” layihəsinin təqdimatı və tarixi mənbələrə əsaslanan çıxışı, rəssam Aqşin Kazımov “Uzun Həsən portretinin yaranması prosesi”, qrafik dizayner Zöhrə Babayeva “Uzun Həsənə həsr olunmuş markaların dizaynı haqqında təqdimat”ları maraqla dinlənilib.
Seminarın sonunda animasiya nümayişi olub və sual-cavab sessiyası keçirilib.
Tədbir incəsənət və tarix sahələrinin qovşağında maraqlı müzakirələrlə yadda qalıb.