SABAH qruplarından Beynəlxalq Uğur!

14–19 aprel 2025-ci il tarixlərində Qırğızıstanın Bişkek şəhərində baş tutan “Жаңы Ысымдар” X Beynəlxalq Tələbə Teatr Festivalında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qruplarının Aktyor sənəti ixtisası üzrə IV təhsil ilinin tələbələri (Nurlan Ağayev, Fətəli Abdullayev, Zeynəb İslamova, Emil Həmidov, Cəfər Cəfərli) “Dəniz Kənarı ilə Qaçan Alabaş” tamaşası ilə çıxış edərək “Ən yaxşı tamaşa” nominasiyası üzrə III yerə layiq görülərək diplomla təltif edilib. Tamaşanın quruluşçu rejissoru SABAH Mərkəzinin rəhbəri, Əməkdar artist Nofəl Vəliyevdir.
Həmçinin, festival çərçivəsində keçirilən bədii qiraət müsabiqəsində ADMİU-nun tələbəsi Emil Həmidov da diplomla təltif edilib.