“Bir Səhnə Min Hekayə” tədbiri üçün qeydiyyat formu
Əziz ADMİU məzunları,
Sizləri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Məzunlar Assosiasiyasının təşəbbüsü ilə keçirilən “Bir səhnə, min hekayə” adlı tədbir çərçivəsində xalq artisti Gülyanaq Məmmədova ilə görüşə dəvət edirik.
Səhnə arxasındakı unudulmaz xatirələr, sənət yolu, ilham və zəhmətlə yoğrulan bir ömür – bu görüşdə sizləri həm duyğulu, həm də düşündürücü anlar gözləyir.
Tarix: 25 aprel 2025-ci il
Saat: 11:00
Məkan: ADMİU əsas bina, Kiçik səhnə
Gəlin, bir səhnənin işığında min hekayəyə qulaq asaq!
Sizi bu dəyərli görüşdə görməkdən məmnun olarıq.
Qeyd: Yerlər Məhdud sayda olduğundan ilk qeydiyyatdan keçən 50 nəfər iştirak edə biləcək.
Qeydiyyat linki: https://docs.google.com/forms/d/e/1FAIpQLSekAIhWgPQBCzX5xU_eYZV_KGaRDX9hvoINjR1ull_lKV7r_g/viewform?pli=1