ADMİU-nun dosenti Samirə Əliyeva Özbəkistanda keçirilən IV Beynəlxalq Вахşı Festivalının münsifidir

Aprelin 26-da Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Вахşı Festivalının açılış mərasimi keçirilib. Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan musiqi bayramına dünyanın 40 ölkəsindən musiqiçilər, elm və mədəniyyət xadimləri, bахşı (aşıq) sənətinin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri qatılıblar.

Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un bаş katibi Sultan Raev, Türk Mədəniyyəti və irsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli Dövlətlərin Parlament Assambleyasının bаş katibi Mehmet Süreyya Er, Qırğizıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdukalıkova və bașqa mötəbər șəxslər iștirak ediblər.

Sözü gedən festivalda ADMİU-nun Musiqi sənəti fakültəsi Aşıq sənəti kafedrasının müdiri, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Samirə Əliyeva münsif olaraq, kafedranın müəllimi Qəlbinur İbrahimli isə yarışmaçı olaraq Azərbaycanı təmsil edirlər.

IV Beynəlxalq Вахşı Festivalı üç gün davam edəcək.