ADMİU-da Karyera günü keçiriləcək

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində görkəmli teatrşünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadənin anadan olmasının 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları, muzey işçiləri, media nümayəndələri, yubilyarın ailə üzvləri və dostları iştirak ediblər.

Tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova giriş sözü ilə açaraq qonaqları salamlayıb və Məryəm xanımı yubileyi münasibətilə təbrik edib. Ardınca tədbiri teatrşünas, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə davam etdirib.

Tədbir çərçivəsində muzey əməkdaşları tərəfindən hazırlanmış, Məryəm Əlizadənin həyat və fəaliyyətini əks etdirən videoçarx, həmçinin rejissor, Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğlunun və Xalq yazıçısı Elçin Əfəndiyevin müsahibələrindən videolar nümayiş olunub.

Tədbirdə iştirak edən qonaqlardan Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Hacı İsmayılov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli, Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor İsrafil İsrafilov, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İftixar Piriyev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elçin Cəfərov, Xalq artistləri Həmidə Ömərova, Bəsti Cəfərova, Firəngiz Mütəllimova, tarzən, Xalq artisti Zamiq Əliyev, Əməkdar artist Firdovsi Atakişiyev, rejissor Mahmənzər Məmmədrəsulqızı, rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səkinə Bağırova, Məryəm Əlizadənin doğmaları Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadə və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru Səlim Əlizadə yubilyarla bağlı ürək sözlərini bölüşüblər.

Xalq artisti Hacı İsmayılov Məryəm xanıma yubileyi münasibəti ilə təltif olunduğu Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanını, professor İsrafil İsrafilov Uluslararası Türk Kültürü Təşkilatı – TÜRKSOY-un medal və diplomunu təqdim ediblər. Həmçinin sənətşünaslıq üzrə fəlsəfə doktoru, rəssam Səkinə Bağırova Məryəm xanımın portreti əks olunmuş xalçanı yubilyara hədiyyə edib.

Eyni zamanda M.Əlizadə yubiley münasibəti ilə Xalq artisti H.İsmayılov tərəfindən “Teatr xadimi” qızıl medalı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə tərəfindən “Milli Teatr mükafatı” ilə də təltif olunub.

Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solistləri Əməkdar artistlər Nərgiz Kərimova və Fərid Əliyev konsertmeysterlər Fidan Məmmədova və Kamil Həsənovun müşayiəti ilə dahi bəstəkar Üzeyir Hacıbəylinin və maestro Niyazinin əsərlərini ifa ediblər. Daha sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, Xalq artisti Gülyanaq Məmmədova tarda Emil Mirzəyevin, kamançada Niyaməddin Allahverdiyevin, nağarada Yusuf Rüstəmovun müşayiətilə xalq mahnılarından seçmələr ifa edib.

Tədbirin yekununda yubilyar bütün iştirakçılara öz təşəkkürünü bildirib.

Sonda xatirə şəkilləri çəkilib.