Sabahın
Konsert prodüserini Tədbir təşkilatçısını Bədii rəhbərini

inkişaf etdirək!

Azərbaycanda ilk dəfə mədəniyyət sahəsi üzrə MBA proqramı ADMİU-da...

  • 24 ay, 4 semest, 120 kredit
  • Azərbaycan, İngilis, Rus
  • 24 ay, 4 semest, 120 kredit
  • Azərbaycan, İngilis, Rus

Biznesin təşkili
və idarə edilməsi (mədəniyyət sahələri üzrə)

Mədəniyyət və İncəsənət yönümlü tədbirlərin, proqramların təşkilində iştirak etmək, bu sahə üzrə prodüser və menecer vəzifələrində çalışmaq istəyənlərin nəzərinə:

Azərbaycanda ilk dəfə olaraq mədəniyyət və incəsənət sahəsində biznesin təşkili və idarə edilməsi işində bilik və təcrübələr əldə etməyə imkan verən MBA proqramı Azəbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təşkil edilir.

Tələblər

Namizədlər bakalavr dərəcəsi almalıdırlar. Bakalavriat səviyyəsinin son ilində təhsil alan tələbələr də qəbul üçün müraciət edə bilər.

Proqram kimlər üçündür?

İxtisasından asılı olmayaraq, hər bir bakalavr bu proqramı seçə bilər. MBA proqramı Sizə ikinci yeni bir ixtisas təhsili almağa şərait yaradır. Əgər Siz idarəetmə bacarıqlarını öyrənmək və karyeranızda irəliləmək istəyirsinizsə, MBA məhz Sizin üçündür.

Proqramın məqsədi:

  1. Praktiki təcrübəni zənginləşdirmək
  2. Problemi akademik səviyyədə həll etmə bacarığı aşılamaq
  3. Tələbələrin strateji düşüncəsini, idarəetmə, yenilikçilik və liderlik bacarıqlarını inkişaf etdirmək
  4. Əldə edilmiş bilik və bacarıqları tətbiq etməyi öyrətmək
  5. Komandada işləmək üstünlüyü qazanandırmaq
  6. Müxtəlif fəaliyyət sahələrində biznesin idarə edilməsi texnologiyalarından uğurlu istifadəni təmin etmək
  7. Effektiv və innovativ biliklərlə təmin etmək
    Keys üsulların tətbiqi ilə sosial-mədəni fəaliyyətin müxtəlif sferalarında iş tapmağa dəstək olmaq

ADMİU MBA proqramı ilə:

  1. Mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən müəssisələri idarə etmək üçün sahibkarlıq bacarıqları və perspektivlərini inkişaf etdirin
  2. İnnovativ olmaq üçün yaradıcı düşüncə ilə düşünün
  3. Dürüstlük, şəffaflıq əsasında qurulan peşəkar dəyərləri inkişaf etdirin
  4. Gələcəyə inamlı addımla addım atan, ruhlandırıcı mühitdə təhsil alın
  5. Mədəniyyət və incəsənət sahəsində peşəkar idarəetmədə ən müasir səviyyədə olun

Qazanılacaq bilik və bacarıqlar

  1. Rəhbərlik
  2. Strateji idarəetmə
  3. Layihənin təşkili və idarə edilməsi
  4. Marketinq
  5. Yazılı və şifahi ünsiyyət bacarıqları
  6. Zamanın idarə edilməsi, qərar qəbulu
  7. Güclü tədqiqat bacarıqları
  8. Təşkilat və planlaşdırma

Məzun olandan sonra

ADMİU-da MBA təhsil ilini başa vurduqdan sonra məzun olaraq aşağıdakı sahələrdə işləyə və karyeralarınızı davam etdirə bilərsiniz:

  1. İncəsənət sahələri üzrə ekspert
  2. İncəsənət sərgisinin təşkilatçısı
  3. İncəsənət sahələri üzrə prodüser
  4. Şirkət meneceri
  5. Mətbuatla və İctimaiyyətlə əlaqələr direktoru
  6. Bədii rəhbər
  7. Teatr layihələrinin təşkilatçısı
  8. Festival təşkilatçısı
  9. Tədbirlər təşkilatçısı
  10. Konsertlərin təşkilatçısı
  11. Konsert prodüseri
  12. Proqram və Layihə direktoru
  13. İdarəetmə analitiki
  14. Biznes analitiki
  15. Maliyyə meneceri
  16. Sərgi kuratoru
  17. Biznesin inkişafı üzrə coordinator
  18. Beynəlxalq brend meneceri
  19. İdarə müşaviri
  20. Könüllü kordinator

Nəyə görə ADMİU MBA?

MBA proqramı təcrübiyönümlü biliklərə üstünlük verən, biznes sahəsində bilikləri yüksək səviyyədə öyrədən proqramdır.

01

İdarəetmə bacarıqları

MBA proqramında təhsilalanlar mədəniyyət sahəsində biznes təşkiletmək və idarəetmək bacarıqlarına yiyələnəcək.

02

Peşəkar karyera

ADMİU MBA proqramı vasitəsilə sizə peşəkarlıq vəd edir. Universitet əmək bazarında ehtiyac duyulan yenilikçi və yaradıcı incəsənət meneceri hazırlayır.

03

Sahibkarlıq fəaliyyəti

Mədəniyyət sahəsində Biznesin təşkili və idarə edilməsi ixtisası sahibkarlıq fəaliyyəti ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.

04

Beynəlxalq təcrübə

Proqram ADMİU müəllimləri ilə yanaşı, yerli və xarici ali təhsil müəssisələrindən dəvət edilmiş peşəkar professor-müəllim heyətindən, biznes aləmində nüfuz qazanmış şəxslərdən dərs almaq şansı yaradır.

Bizimlə əlaqə

ADMİU MBA proqramı ilə bağlı sizi maraqlandıran istənilən sualınız üçün biz müraciət edə bilərsiniz. Sizə köməklik göstərməyə şad olarıq.