Sabah qrupları Azәrbaycan Respublikası Tәhsil Nazirliyinin 15 sentyabr 2014-cü il 992 saylı әmrinә әsasәn yaradılıb.

ADMİU-da Sabah qruplarına qәbul 2015-ci ildәn Rejissorluq vә Aktyor sәnәti ixtisasları üzrә aparılıb. Layihәnin әsas mәqsәdi ali tәhsil sahәsindә davamlı, uzunmüddәtli, hәrtәrәfli vә әhatәli keyfiyyәt dәyişikliklәrinin hәyata keçirilmәsi üçün zәruri mühitin yaradılması, Azәrbaycan gәnclәrinin fәrdi vә peşәkar inkişafına dәstәk olmaq, tәcrübә vә tәlәbә mübadilәlәrinin genişlәndirilmәsi vә әmәk bazarının tәlәblәrinә uyğun olaraq bacarıqlı vә hazırlıqlı mütәxәssislәrin yetişdirilmәsidir.

Azәrbaycan Dövlәt Mәdәniyyәt vә İncәsәnәt Universitetinin SABAH qrupları tәlәbәlәrin yaradıcılıq qabiliyyәtlәrini formalaşdırmaq vә güclәndirmәk, auditoriyada әldә etdiyi praktik vәrdişlәrin peşәkar inkişafını tәmin etmәk mәqsәdilә auditoriyadankәnar tәcrübәlәr, ölkәdaxili vә xarici qastrol sәfәrlәri, hazırladıqları tamaşaların professional teatr sәhnәsindә nümayişi, teatr vә kino festivallarında, müxtәlif layihәlәrdә iştirakı tәmin olunur.

Yarandığı ilk gündәn bu günәdәk SABAH Mәrkәzinin rәhbәri Əməkdar artist Nofәl Vәliyevdir. Tәlәbәlәrlә iş üzrә koordinator, akademik-mәslәhәtçi isә Könül Əlәkbәrovadır. SABAH qruplarında Universitetin müәllimlәri ilә yanaşı, Elm vә Tәhsil Nazirliyinin SABAH qrupları üçün müәllim bazasından vә istehsalatdan dәvәt olunan mütәxәssislәr tәdrisә cәlb olunur. Dәrs deyәn müәllimlәr arasında incәsәnәt vә mәdәniyyәtimizin görkәmli simaları-Xalq artisti Mehriban Zәki, Əmәkdar incәsәnәt xadimlәri Aydın Talıbzadә, Rafiq Quliyev, Hafiz Quliyev, Əmәkdar mәdәniyyәt işçilәri Əsәd Əsәdov, Mehman Nadirov, Əmәkdar artistlәr Nargilә Qәribova, Əli İsa Cabbarov, fәlsәfә doktorları Elçin Cәfәrov, Fәridә Cәlilova, İradә Xәlilova, Lalә Kamalova, Azad Cәfәrov, Mahirә Hacıyeva, Pәrvin Bәdәlbәyli, Göyçәk Mahmudova, Kifayәt Bünyatova, müәllimlәr dosent Nadir Hüseynov, Mikayıl Mikayılov, Ceyhun Dadaşov, Ruslan İsmayılov, Fikrәt Mәlikov, Hilal Dәmirov, Şövkәt Mәhәrrәmova vә başqaları vardır.

SABAH qruplarına tələbələrin seçimi QAYDALARI

SABAH qruplarına qəbul prosesi üç mərhələdən ibarətdir:

  • I mərhələdə qeydiyyatdan keçirlər (akademik borcu olmamaq və ümumi orta müvəffəqiyyət göstəricisi 61 baldan az olmamaq şərti ilə),
  • II mərhələdə məntiq və ingilis dilindən test imtahanı verirlər. İngilis dili komponenti üzrə 50 (əlli) və məntiq komponenti üzrə 50 (əlli) sual təqdim edilir. Sualların cavablandırılmasına 2 (iki) saat vaxt ayrılır.
  • III mərhələdə isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin müəyyənləşdirdiyi komissiya üzvləri tərəfindən müsahibə yolu ilə seçilirlər.

Qeydlər:

  1. Müsabiqədə tələbələr yalnız təhsil aldıqları ixtisas üzrə iştirak edə bilərlər.
  2. Müvafiq ixtisas üzrə SABAH qruplarında təhsil almaq üçün bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi zərurəti yaranan tələbələr bu ali təhsil müəssisələrinin müvafiq ixtisaslarının tədris planları (birinci tədris ili üzrə) arasında akademik fərqin 2 fəndən artıq olmadığı halda müsabiqədə iştirak edə bilərlər.
  3. Müsabiqənin bütün mərhələlərində iştirak etmiş namizədlərin qiymətləndirilməsi müvafiq mərhələlər, həmçinin, namizədlərin ali təhsil müəssisələrinə qəbul balları üzrə xüsusi çəki əmsalları nəzərə alınmaqla aparılır.
  4. Bütün mərhələlər üzrə qiymətləndirmə aşağıdakı meyarlar əsasında həyata keçirilir.
    • Akademik göstəricilər (ÜOMG);
    • Test imtahanının nəticəsi;
    • Müsahibə nəticəsi;
    • Ali təhsil müəssisəsinə qəbul balı.

Aktyor sənəti ixtisası

  • Dram teatrı və kino aktyoru ixtisaslaşması
  • Musiqili teatr aktyoru ixtisaslaşması

Rejissorluq ixtisası

  • Kino rejissoru ixtisaslaşması
  • Televiziya rejissoru ixtisaslaşması
  • Teatr rejissoru ixtisaslaşması

Mərkəzin rəhbəri

Nofәl Vәliyev

Əməkdar artist

Mərkəzin tyutoru

Ələkbərova Könül Nəsib qızı