1990-cı ildə yaradılan Kino və televiziya kafedrasına əvvəlcə professor Tofiq İsmayılov, 1994-cü ildə professor Musa Bağirov rəhbərlik edib.

1997-ci ildə isə Kino vəteleviziya kafedrasının əsasında Televiziya rejissoru və Kinorejissorluq və operator sənəti kafedraları yaranıb. Kinorejissorluq və operator sənəti kafedrasına dosent Cəmil Quliyev, Televiziya rejissoru kafedrasına professor Musa Bağırov rəhbərlik edib.

2007-ci ildən Televiziya rejissoru kafedrasına əməkdar incəsənət xadimi, professor Tariyel Vəliyev, Kino və televiziya sənətləri kafedrasına isə professor, əməkdar incəsənət xadimi Amin Novruzov rəhbərlik edib. 2015-ci ildə hər iki kafedra Kino-televiziya sənətləri adı altında yenidən birləşib. Hal-hazırda kafedraya əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnur Mehdiyev rəhbərlik edir.

Kafedrada 3 ixtisas var: Kino rejissoru, Televiziya rejissoru və Operator sənəti.

Kafedra Rəhbəri

Elnur Mehdiyev

Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent