PİLLƏ 3 Festivalının tamaşa və müzakirələrə ayrılmış son günü uğurla keçib

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) təşkilatçılığı ilə 26 may- 2 iyun tarixlərində keçirilən PİLLƏ 3 Respublika Tələbə Tamaşaları Festivalı 30 may tarixində son tamaşa və müzakirələrini təqdim edib.
Festivalın 5-ci günü də ənənəvi olaraq ötən gün oynanılan tamaşaların müzakirəsi ilə başlayıb. Müzakirələrin ardından ADMİU-nun tələbələri ingilis dilində müsabiqədən kənar tamaşa təqdim ediblər. F.S.Fitsgeraldın “The Great Gatsby” tamaşası izləyicilərin marağına səbəb olub.
Daha sonra tələbə komandalar növbə ilə öz tamaşalarını təqdim ediblər.
ADMİU-nun tələbə komandalarının ifasında “Metamarfoza” (F.Kafka), “Skapenin kələkləri” (J.B.Molyer), Mingəçevir Dövlət Universiteti təmsilçilərinin ifasında “O olmasın, bu olsun” (Ü.Hacıbəyli) tamaşaları festivalın son tamaşaları olub.
Günün sonu isə yekun müzakirə ilə tamamlanıb.
Xatırladaq ki, Festivalın bağlanış və mükafatlandırma mərasimi iyunun 2-si Akademik Milli Dram Teatrında keçiriləcək.