ADMİU-nun əməkdaşı Serbiyada keçirilən beynəlxalq təlimdə iştirak edib
2025-ci il 26–30 may tarixlərində Serbiyanın Kraqujevac şəhərində yerləşən Kraqujevac Universitetində “Tədris proqramlarının modernləşdirilməsi – mobillik və beynəlmiləlləşmənin katalizatoru” mövzusunda beynəlxalq təlimlər təşkil olunmuşdur.
Təlimlər ali təhsil müəssisələrinin akademik və inzibati heyəti üçün nəzərdə tutulmuş və tədris proqramlarının beynəlmiləlləşməsi, mobillik imkanlarının genişləndirilməsi, eləcə də müasir tədris metodlarının tətbiqi istiqamətində təcrübə mübadiləsini əhatə etmişdir.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Beynəlxalq layihələr və əcnəbilərlə iş şöbəsinin müdiri Namiq Əsəd oğlu Kərimov adıçəkilən beynəlxalq həftə çərçivəsində keçirilən təlimlərdə iştirak etmişdir.
Beynəlxalq həftə çərçivəsində müxtəlif görüşlər həyata keşirilmişdir və digər tərəfdaş universitetlər ilə danışıqlar aparılmışdır. Bu təşəbbüs universitetlərarası əməkdaşlığın inkişafına, tədris proqramlarının beynəlmiləlləşməsi istiqamətində qabaqcıl təcrübələrin öyrənilməsinə və gələcək layihələrdə uğurlu tərəfdaşlıqların qurulmasına töhfə verəcəkdir.