Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşları Dövlət Məşğulluq Agentliyinin layihəsində iştirak edib
Dövlət Məşğulluq Agentliyi (DMA) və ali təhsil müəssisələri arasında əməkdaşlıq davam edir. DMA Mərkəzi Karyera filialı tərəfindən təşkil olunan “Təcrübə danışır” layihəsi çərçivəsində 18 iyul 2025-ci il tarixində Bahçeşehir Universitetinin Kiprdəki filialının beynəlxalq şöbəsinin müdiri Nuket Tanol və Universitetin “GETİ” təşəbbüsünün koordinatoru Vildan Esenyel tələbə və məzunlara dair karyera ilə bağlı təcrübələrini bölüşüb. İclasda məzunların karyeralarının izlənməsi mexanizmləri müzakirə olunub. Jalə Bənnayevanın moderatorluğu ilə keçirilən görüşdə ADMİU-nun Tədris işləri üzrə prorektoru dosent Nigar Rüstəmova və Tədris şöbəsinin müdiri Namiq Qafarov iştirak edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbə və məzunların karyerası ilə bağlı təcrübəsini iclas iştirakçıları ilə bölüşüblər.