ADMİU-nun rəsmi sayt və sosial şəbəkə səhifələri istifadəçilərinin nəzərinə!

Xarici tələbələr və partnyorlar üçün saytın əlçatanlığını artırmaq məqsədilə süni intellekt əsaslı DeepL Translate modulu inteqrasiya edilmişdir. Bu yenilik sayəsində yalnız statik deyil, həm də dinamik məzmun — xəbərlər, elanlar və yeniliklər əlavə iş və xərc olmadan avtomatik tərcümə olunur. Sistem bir neçə deyil, çoxsaylı dillərdə yayıma imkan yaradaraq beynəlxalq auditoriyanı genişləndirir.

Bununla belə, son yeniləmə zamanı bəzi xüsusi və şəxs adlarının avtomatik tərcümədə yanlış göstərildiyi müşahidə olunmuşdur. Texniki komanda problemi dərhal müəyyən edərək düzəlişlərə başlamışdır.
Yaranmış texniki problem nəticəsində adlarında yanlışlıqlar olmuş dəyərli sənətkarlarımızdan üzr istəyirik!