ADMİU-ya ədəbiyyatşünaslığa dair monoqrafik nəşrlər hədiyyə olunub
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı” şöbəsinin baş elmi işçisi filologiya elmləri doktoru, professor Salidə Şərifova əsərlərini ADMİU-ya hədiyyə edib. Ədəbiyyatşünaslıq sahəsindən bəhs edən, Azərbaycan və rus dillərində nəşr olunmuş “Müstəqillik dövrü Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunu əks etdirən əsərlərin janr xüsusiyyəti, problematikası, obrazları və bədii dili” (2022), “Теоретические проблемы жанрового смешения и литературного влияния в западной и восточной литературе” (2021), “Sabir Rüstəmxanlı yaradıcılığının janr müxtəlifliyi” (2021) və “Müasir Azərbaycan romanlarında ictimai-siyasi mühitin təsviri problemləri” (2007) adlı nəşrlərin mövzu genişliyi ilə seçilir. Bu monoqrafiyalarda tədqiqata cəlb olunan əsərlərin poetikası, janr xüsusiyyətləri və müxtəlifliyi və s. aktual nəzəri problemlər təhlil süzgəcindən keçirilir.
Hörmətli professor Salidə Şərifovaya təşəkkür edərək qeyd edirik ki, bu dəyərli əsərlər ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində oxucuların istifadəsinə təqdim olunub.