Mədəniyyət Nazirliyi Hüseyn Cavidin ev muzeyinin kitab hədiyyəsi
Bugünlərdə ADMİU Kitabxana-İnformasiya Mərkəzinə dahi dramaturq, filosof-şair Hüseyn Cavidin yaradıcılığını əks etdirən kitablar hədiyyə olunub. Mədəniyyət Nazirliyi Hüseyn Cavidin Ev Muzeyi tərəfindən təqdim olunan Azərbaycan və rus dillərində Məmməd Cəfərin “Hüseyn Cavid” adlı monoqrafiyası 2019-cu ildə çap olunub.
Kitab Hüseyn Cavid yaradıcılığının ilk monoqrafik tədqiqatçısı, akademik Məmməd Cəfərin 1960-cı ildə çap olunmuş eyniadlı monoqrafiyasının yeni tərtibatda təkrar nəşridir. Görkəmli ədəbiyatşünas-alimin 110 illiyi münasibətilə latın qrafikası ilə nəşr edilmiş əsər cavidşünaslığın bir elm kimi formalaşmasında mühüm qaynaqlardan biridir. Bu fundamental tədqiqat əsəri Hüseyn Cavid irsinin araşdıran bir çox tədqiqatçı üçün dəyərli mənbə kimi mühüm əhəmiyyətə malikdir.
Nəşrləri ADMİU-ya hədiyyə etdiyi üçün Hüseyn Cavidin Ev Muzeyinə dərin təşəkkürümüzü bildiririk!