Emin Sabitoğlu – 85
ADMİU Kitabxana-İnformasiya Mərkəzi “Musiqi dünyamız” layihəsi çərçivəsində hazırladığı “Emin Sabitoğlu – 85” adlı videoçarxı geniş oxucu auditoriyasına təqdim edir. Burada Azərbaycanın görkəmli bəstəkarı və ifaçısı, «Şöhrət» ordenli Xalq artisti, bir sıra məşhur mahnıların və çoxsaylı Azərbaycan filmi və tamaşalarının musiqi müəllifi Emin Sabitoğlunun zəngin yaradıcılıq irsi işıqlandırılır. Bəstəkarın yaradıcılığını əks etdirən yeni nəşrlər və onun 85 illik yubileyi münasibətilə keçirilən tədbirlərdən şəkillər oxucuların diqqətinə çatdırılır.