Magistr hazırlığı üzrə ingiliscə yeni dərslik

ADMİU-nun Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sevil Kərimovanın müəllifi olduğu yeni dərslik çap olunub. Bugünədək müəllifin Azərbaycan dilində təsviri incəsənət sahəsinə dair müxtəlif tədris vəsaitləri nəşr edilib və oxucuların xeyli marağına səbəb olub. “The art of the peoples of the Causcasus” (Qafqaz xalqlarının incəsənəti) adlı yeni dərslik ingilis dilində tərtib edilib və regionun qədim, eləcə də zəngin incəsənət tarixinin özünəməxsus cəhətlərini özündə əks etdirir. Sənətşünaslıq ixtisası üzrə təhsil alan magistrantların ixtiyarına verilən kitabdan universitetin Kitabxana-İnformasiya Mərkəzinin oxu zalında istifadə etmək olar.