Kitabxana-İnformasiya Mərkəzinin şəxsi kitab kolleksiyası zənginləşir
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinə yeni şəxsi kitab kolleksiyası daxil olub. Universitetin Ədəbiyyat və dillər kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Esmeralda Bağırlının təqdim etdiyi nəşrlər Azərbaycan və xarici dillərdə ədəbiyyat, mədəniyyət və incəsənət sahələrinə dair maraqlı kitablardır. İxtisasyönümlü bu materialların elektron məlumat bazası yaradılıb və fondda komplektləşdirilib. Mərkəzin oxu zalında nəşrlər istifadəçilərin ixtiyarına verilib. Dəyərli kitab hədiyyəsi üçün Esmeralda xanıma dərin təşəkkürümüzü bildiririk.