Sərginin pərdəsi bağlandı, səhnə ADMİU ilə yadda qaldı!

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi ali təhsil sərgisində yüzlərlə abituriyentlə görüşdük, onları sənətə aparan yola bir addım da yaxınlaşdırdıq.

Biz bu sərgidə sadəcə təmsil olunmadıq – ilham verdik, ruh verdik, yol göstərdik.
ADMİU yenə sübut etdi: sənətə gedən yol bizdən keçir!

Ziyarət edən hər kəsə təşəkkürlər! Gələcəyini sənətlə qurmaq istəyən hər kəsə qapımız açıqdır.

İştirak edən ADMİU əməkdaşları:
Mətanət Abdullayeva, Azər Həsənov, Sabir Abbaszadə